SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bankın valyutanın qaytarılmaması iddiasını məhkəmə əsassız çıxardı

Mərkəzi Bankın valyutanın qaytarılmaması iddiasını məhkəmə əsassız çıxardı

  • 20 avqust 2026, 15:29

“ASLİFT” Məhdud Məsuliyyətli Cəmiyyət valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “ASLİFT” MMC tərəfindən 11 625 ABŞ dollar məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə tədqiq edilən sənədlərdən görünüb ki, Gömrük Bəyannaməsinə görə, 11625 ABŞ dolları dəyərində mallar “ASLİFT” adına "Shanghai Benar İnternational Trading Co., LTD" şirkətindən ixrac edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “ASLİFT” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları