"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-oktyabr aylarının yekunları ilə bağlı əməliyyat göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, birjada 10 ayda 37 140,4 milyon manatlıq əməliyyat aparılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 52 540 olub.