Azərbaycan Beynəlxalq Bankının (ABB) Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin müdiri Alim Məhərrəmova yeni vəzifə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, departament direktor müavini vəzifəsini də icra edəcək.
O, 2020-ci ilin sentyabrından 2026-cı ilin oktyabrınadək ABB-də əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Daha əvvəl 2018-ci ilin iyunundan 2020-ci ilin sentyabrınadək həmin şöbədə baş mütəxəssis, 2013-cü ilin dekabrından 2018-ci ilin iyun ayınadək isə müştəri xidmətləri bölməsinin aparıcı mütəxəssisi olub.
Beləliklə, Alim Məhərrəmov ABB-də 12 ildən artıqdır fəaliyyət göstərir.
Alim Məhərrəmov