Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 543,2 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.
Bundan başqa, 9 ay ərzində büdcəyə sair daxilolmalar 493,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,3% azdır.