Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Son nəticədə yerli büdcədə 12,4 milyon manat profisit yaranıb.
Yeri gəlmişkən, Azərbaycan hökuməti gələn il dövlət büdcəsindən Naxçıvana dotasiyanı bir qədər də azaldaraq 198 milyon manata endirməyi planlaşdırır. Bu il bu məbləğ 211,6 milyon manat təşkil etməlidir.