“Yapı Kredi Bank Azərbaycan”da yeni təyinatlar baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bankın əməkdaşları Elvin Əhmədov uyğunluq üzrə departament rəhbəri, Günel Allahverdiyeva Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə departament rəhbəri, Aytən Nəsirova isə Kart və POS ödəniş sistemləri bölməsinin rəhbər müavini vəzifəsinə təyin olunublar.
Elvin Əhmədov bundan əvvəl 2022-ci ilin iyunundan 2026-cı ilin noyabrınadək bankın Daxili Nəzarət və Uyğunluq departamentində uyğunluğa nəzarət üzrə rəhbər müavini, 2021-ci ilin aprelindən 2022-ci ilin iyun ayınadək həmin departamentdə daxili nəzarət üzrə rəhbər müavini olub. Əhmədov 2014-cü ilin iyunundan 2021-ci ilin aprelinədək böyük auditor, 2009-cu ilin oktyabrından 2014-cü ilin iyun ayınadək isə Mərkəzi Əməliyyatlar departamentinin mütəxəssisi vəzifəsində çalışıb.
Elvin ƏhmədovGünel Allahverdiyeva 2021-ci ilin oktyabrından etibarən bankın Daxili Nəzarət və Uyğunluq departamentinin rəhbər müavini olub. Bundan əvvəl, 2018-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək həmin departamentdə böyük mütəxəssis, 2017-ci ilin aprelindən 2018-ci ilin oktyabrınadək aparıcı mütəxəssis vəzifəsində çalışıb. Allahverdiyeva 2015-ci ilin oktyabrından 2017-ci ilin aprelinədək baş kassir, 2013-cü ilin oktyabrından 2015-ci ilin oktyabrınadək böyük kassir, 2011-ci ilin dekabrından 2013-cü ilin oktyabrınadək isə kassir olub.
Günel AllahverdiyevaAytən Nəsirova isə 2023-cü ilin noyabrından etibarən bankda Kart və POS ödəniş sistemləri üzrə məhsulların inkişafı və dəstəyi sahəsində rəhbər vəzifədə çalışıb. Nəsirova 2022-ci ilin fevralından 2023-cü ilin noyabrınadək həmin bölmədə baş mütəxəssis, 2012-ci ilin iyulundan 2022-ci ilin fevralınadək isə POS üzrə baş mütəxəssis vəzifəsini icra edib.
Aytən Nəsirova