SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Bank VTB Azərbaycan” Ağdamda da müştərisi ilə məhkəmədə

“Bank VTB Azərbaycan” Ağdamda da müştərisi ilə məhkəmədə

  • 06 noyabr 2026, 09:26
Ağdam

“Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bankın nümayəndəsi Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərib bankın cavabdeh arasında bağlanmış 2024-cü il tarixli müştəri ərizəsinə əsasən ona 59 ay müddətinə, illik 18,5 faizlə, 7213 manat kredit verilib. 

İddiaçı bank ondan 5852 manat əsas, 141 manat faiz - cəmi 5993 manat və ödənilmiş 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

Məhkəmə iddia tələbini təmin edib. 

Xatırladaq ki, Bank verdiyi kreditə görə daha əvvəl digər müştəriləri ilə Siyəzən Rayon və Şirvan Şəhər Məhkəməsində çəkişmişdi.

Qeyd edək ki, bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın problemli kreditlərinin həcmi 15 faiz artaraq 20,7 milyon manata çatıb. 

Skat.az - Ev və Avtomobil elanları