SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
“Bank VTB Azərbaycan”ın problemli kreditləri artır: Müştərisi ilə Siyəzən MƏHKƏMƏSİNDƏ

“Bank VTB Azərbaycan”ın problemli kreditləri artır: Müştərisi ilə Siyəzən MƏHKƏMƏSİNDƏ

  • 15 may 2026, 09:53
Siyəzən

“Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Siyəzən Rayon Məhkəməsinə cavabdehə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Müştəridən bankın xeyrinə 954 manat əsas, 26 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 1007 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

Məhkəmə iddia tələbini təmin edib.

Xatırladaq ki, Bank verdiyi kreditə görə daha əvvəl digər müştərisi ilə Şirvan Şəhər Məhkəməsində çəkişmişdi.

Qeyd edək ki, bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın problemli kreditlərinin həcmi 11 faiz artaraq 20,4 milyon manata çatıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları