SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İnvestisiya şirkətləri bu gündən yeni qayda ilə işləyirlər

İnvestisiya şirkətləri bu gündən yeni qayda ilə işləyirlər

  • 01 oktyabr 2026, 10:41

Bu gündən Azərbaycandakı investisiya şirkətlərinin məcmu kapitalı onların biznes strategiyasını dəstəkləməli, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı investisiya şirkətinin maliyyə dayanıqlığını təmin etməlidir.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il aprelin 1-də təsdiqlədiyi "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" qüvvəyə minib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil ediləcək.

Bundan başqa, investisiya şirkətinin nizamnamə kapitalı (xarici investisiya şirkətlərinin filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycanın milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılacaq.

Skat.az - Ev və Avtomobil elanları