Bu ilin sentyabr ayında Maliyyə Nazirliyi vahid xəzinə hesabının qalığı hesabına kommersiya banklarına 87 milyon manat depozit qoyub.
Nazirlikdən Yurd.Media-ya verilən məlumata görə, bu, avqust ayı ilə müqayisədə 40,4% azdır.
Ay ərzində depozit hərraclarının sayı 6-dan 5-ə, depozitlərin illik gəlirliyi isə 6,52-6,54%-dən 6,5%-ə düşüb.
Hərraclar dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədi daşıyır. Vəsaitlər 28-84 gün müddətinə banklara yerləşdirilir.