Bu il sentyabrın 1-nə Azərbaycanda 226,1 min nəfərin bankda əmanəti olub.
Bu barədə Yurd.Media -ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, avqustun 1-i ilə müqayisədə 1,2% və yaxud 2 692 nəfər çoxdur.
Ölkədə unikal əmanətçilərin sayı yanvarın 1-nə nisbətən isə 16,4% və yaxud 31 922 nəfər artıb.