Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 5-nin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 6 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Atasığorta”, “Qala Sığorta”, “Xalq Həyat Sığorta”, “Xalq Sığorta” və “Aqrar Sığorta” ASC-lərdir.
Ən çox azalma “Aqrar Sığorta”da (64,8%), ən az azalma isə “Qala Sığorta”da (5,4%) qeydə alınıb.
Qalan 11 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “İpək Yolu Sığorta” ASC-də (2 dəfə), ən aşağı dinamika isə “Azsığorta” ASC-də (3,9%) baş verib.