SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Ləğv prosesində olan bankların sayı 21-ə düşdü

Ləğv prosesində olan bankların sayı 21-ə düşdü

  • 28 sentyabr 2026, 17:59

Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi, hazırda ləğv prosesində olan bankların sayı 22-dən 21-ə düşüb.

Bu barədə Yurd.Media-ya bankların ləğvedicisi qismində fəaliyyət göstərən Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib.

Məlumata görə, qurum “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesini başa çatdırıb.

Bank 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarı ilə məcburi ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərardadı ilə ADIF onun ləğvedicisi təyin olunub.

Skat.az - Ev və Avtomobil elanları