Dövlətə məxsus "Azər-Türk Bank" ASC sentyabrın 28-də, saat 12:00-da səhmdarlarının növbəti ümumi yığıncağını çağırsa da, bu, baş tutmayacaq.
Yurd.Media xəbər verir ki, dövlət bankı bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində elan yerləşdirib.
Bununla belə, elanda yığıncağın yeni tarixi açıqlanmayıb, yalnız bu barədə məlumat veriləcəyi bildirilib.