Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-avqust aylarının yekunları ilə bağlı bank icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, 8 ayda banklar 949,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,65% çoxdur.
Hazırda ölkədə 21 bank var. Yaxın vaxtlarda bu rəqəm “Bank Respublika” ASC və “Access Bank” QSC-nin birləşməsi ilə 20-yə düşəcək.