"PAŞA Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 21,9 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,65% azdır.
Bu il oktyabrın əvvəlinə "PAŞA Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 36,1% çox – 539,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 433,9 milyon manat (48,7% çox), balans kapitalı isə 106 milyon manat (1,1% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.