"Xalq Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 5,7 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Xalq Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,4% az – 95,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 33,7 milyon manat (2,8% çox), balans kapitalı isə 61,8 milyon manat (2,1% az), o cümlədən nizamnamə kapitalı 58,75 milyon manat (dəyişməyib) olub.