SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
İdeal Kredit BOKT-a 5 milyon manat pul lazımdır

"İdeal Kredit" BOKT-a 5 milyon manat pul lazımdır

  • 19 noyabr 2026, 10:13

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 5 milyon manatlıq istiqraz emissiyası elan edib. 

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Skat.az - Ev və Avtomobil elanları