SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“PAŞA Həyat Sığorta”ya yeni auditor təyin olunub

“PAŞA Həyat Sığorta”ya yeni auditor təyin olunub

  • 19 noyabr 2026, 16:03

“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kənan Mahmudov şirkətdə auditor vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2024-cü ilin martından 2026-cı ilin noyabrınadək “Kontakt Home” şirkətində fəaliyyət göstərib. Həmin dövrdə 2024-cü ilin martından 2025-ci ilin iyun ayınadək daxili auditor, 2025-ci ilin iyunundan 2026-cı ilin noyabrınadək isə aparıcı daxili auditor vəzifələrini tutub.

Kənan Mahmudov 2023-cü ilin fevralından 2024-cü ilin martınadək “Embawood” şirkətində aparıcı maliyyə mütəxəssisi, 2021-ci ilin sentyabrından 2023-cü ilin fevralınadək isə “AĞ Finans”da maliyyə mütəxəssisi vəzifəsində çalışıb.

Kənan MahmudovKənan Mahmudov

Skat.az - Ev və Avtomobil elanları