SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Sığorta şirkətlərindən 5-nin yığımları azaldı - SİYAHI

Sığorta şirkətlərindən 5-nin yığımları azaldı - SİYAHI

  • 25 sentyabr 2026, 12:18

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 5-nin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 8 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, bunlar, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Qala Həyat Sığorta” və “Qala Sığorta”dır. 

Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə “Azsığorta”da (9,2%) olub.

Bu dövr ərzində 11 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta” ASC-də (84,7%), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1,5%) qeydə alınıb.

Skat.az - Ev və Avtomobil elanları