SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bankların aktivləri 62,5 milyard manatdır

Bankların aktivləri 62,5 milyard manatdır

  • 25 sentyabr 2026, 16:24

Bu il sentyabrın 1-nə Azərbaycan bankları 62,5 milyard manatlıq aktivlərə, o cümlədən 30,85 milyard manatlıq kredit portfelinə malik olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.

Sənədə əsasən, bunlar, ötən il avqustun 1-i ilə müqayisədə müvafiq olaraq 12,2% və 14,3% çoxdur.

Hesabat tarixinə bank sektorunun öhdəlikləri 54,7 milyard manat (12,6% çox), o cümlədən depozit portfeli 41,8 milyard manat (14,45% çox), balans kapitalı isə 7,8 milyard manat (9,55% çox) olub.

Skat.az - Ev və Avtomobil elanları