SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycanın sığorta bazarında artım 6%-ə düşüb

Azərbaycanın sığorta bazarında artım 6%-ə düşüb

  • 24 sentyabr 2026, 11:49

Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-avqust aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, 8 ay ərzində yerli sığorta şirkətləri 1 115,4 milyon manat sığorta haqqı toplayıb, 773,15 milyon manat sığorta ödənişi edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4% və 28,1% çoxdur.

Xatırladaq ki, yanvar-iyul aylarının yekununda sığorta haqları 7,3%, sığorta ödənişləri isə 26,9% artmışdı.

Skat.az - Ev və Avtomobil elanları