Bu ilin II rübündə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin monitorinq etdiyi dövlət müəssisələrinin sayı I rüblə müqayisədə 2,2 dəfə çox olub.
Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.
Məlumata görə, aprel-iyun aylarında 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb. Bu rəqəm yanvar-mart aylarında 10 olub.