"Monetri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 1,6 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun əvvəlinə “Monetri"nin aktivləri ilin əvvəlinə nisbətən 10,5% çox - 38,9 milyon manat, o cümlədən kredit portfeli 46,6% çox – 30,2 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 9,5 milyon manat (12,85% az), balans kapitalı isə 29,4 milyon manat (21% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.