SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Maliyyə Nazirliyi istiqraz buraxılışını 6%-ə yaxın artırır

Maliyyə Nazirliyi istiqraz buraxılışını 6%-ə yaxın artırır

  • 21 sentyabr 2026, 17:18

Maliyyə Nazirliyi gələn il 2,75 milyard manatlıq istiqraz buraxmağı planlaşdırır.

Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.

Məlumata görə, bu illə müqayisədə istiqraz buraxılışı 5,8% artırılır.

Kapital bazarından cəlb olunan vəsait dövlət büdcəsinin kəsirinin aradan qaldırılmasına yönəldilir.

Gələn il büdcədə gözlənilən ümumi daxili məhsulun 2,2%-i qədər və yaxud 3 166 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,3% çoxdur.

Skat.az - Ev və Avtomobil elanları