SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Tahir Gozal bank rəhbərliyində qardaşını əvəzlədi

Tahir Gozal bank rəhbərliyində qardaşını əvəzlədi

  • 18 sentyabr 2026, 21:26

Tahir Gozal bank rəhbərliyində qardaşını əvəzlədi.

"APA"ya istinadən xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.

Skat.az - Ev və Avtomobil elanları