SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycanda əksər istiqamətlərdə büdcə xərcləri artırılır

Azərbaycanda əksər istiqamətlərdə büdcə xərcləri artırılır

  • 21 sentyabr 2026, 11:58

Gələn il Azərbaycanın dövlət büdcəsində əksr istiqamətlə üzrə xərclər bu illə müqayisədə çox olacaq.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, müdafiə və təhlükəsizlik xərcləri 1,1% artırılaraq 8 816,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3% artırılaraq 3 433,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 0,2% azaldılaraq 5 506,3 milyon manat, təhsil xərcləri 1,6% artırılaraq 5 098,2 milyon manat, səhiyyə xərcləri 2,9% artırılaraq 2 082,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 0,9% artırılaraq 4 916 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 2,1% artırılaraq 645,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 0,15% artırılaraq 335 milyon manat, kənd təsərrüfatı xərcləri 12,5% artırılaraq 1 379,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 5,5% artırılaraq 438,7 milyon manat, iqtisadi fəaliyyət xərcləri 13,2% artırılaraq 8 891 milyon manat, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 10,5% azaldılaraq 2 200 milyon manat olması nəzərdə tutulur.

Skat.az - Ev və Avtomobil elanları