“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 3 dəfə artırıb.
Yurd.Media-nın şirkətdən əldə etdiyi məlumata görə, “İdeal Kredit” nizamnamə kapitalını 1,3 milyon manat artıraraq 646 700 manatdan 2 milyon manata çatdırıb.
Qeyd edək ki, kredit təşkilatı bu ilin I yarısında 1,9 milyon manat xalis mənfəət əldə edib. “İdeal Kredit”in aktivləri ilin əvvəlinə nisbətən 32,2% çox – 32 milyon manat, o cümlədən kredit portfeli 38,8% çox – 30,5 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 18,8 milyon manat (36,1% çox), balans kapitalı isə 13,2 milyon manat (26,9% çox), o cümlədən nizamnamə kapitalı 0,65 milyon manat (dəyişməyib) olub.
“İdeal Kredit” BOKT 2003-cü ildə yaradılıb, direktoru Qubad Qubadovdur. Bu il şirkətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "İdeal Kredit” 50 000 manat, onun vəzifəli şəxsi isə 6 000 manat cərimə olunub.
"İdeal Kredit"in direktoru Qubad Qubadov