"Monetri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 3 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 30 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
İstiqrazlar 1 il tədavüldə olacaq. Onlara illik 13% gəlirlilik vəd olunur.
Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "İnno Kapital İnvestisiya Şirkəti" ASC-dir.