“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 1-31 avqust 2026-cı il tarixlərində səhmlərinin alışına və satışına dair bağlanılmış 10 insayder əqdini ictimailəşdirib.
Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət ABB-də müxtəlif vəzifələr tutan şəxslərin Bankda paylarını artırmasından və azaltmasından gedir.
Məsələn, həmin şəxslərdən biri ABB-nin İdarə Heyətinin sədr müavini Vasif Əhmədovdur. O, 2 702 manat ödəyərək Bankın nominal dəyəri 27 qəpikdən 10 007 ədəd səhmini əldə edib və nəzarətində olan payı 99 082 səhmə çatdırıb.