"Unicapital İnvestisiya Şirkəti" ASC-nin dövlətə olan borcunu bağlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət avqust ayında yaranmış 81 min manat vergi borcunu 1 ay ərzində ödəyib.
Qeyd edək ki, ötən ilin yekunlarına görə, "Unicapital" cəmi 0,3 milyon manat xalis mənfəət əldə edib ki, bu, əvvəlki illə müqayisədə 17,6% azdır.
"Unicapital İnvestisiya Şirkəti" ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, nizamnamə kapitalı 100% “Unibank” Kommersiya Bankı ASC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi Namazov Vüqar Faiq oğludur.