"İrşad" MMC Bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 150 min manat və ya 10% artıraraq 1 milyon 600 min manata çatdırıb.
Qeyd edək ki, şirkət bu ilin may ayında da nizamnamə kapitalını 100 min manat, avqust ayında isə daha 100 manat manat artırmışdı.
Keçən ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İrşad” MMC BOKT lisenziya verilib. Şirkət 2023-cü ildə yaradılıb.
Xatırladaq ki, BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur. O “İrşad Telecom”u (İrşad İ.R. MMC) 2000-ci ildə İrad Hacıyev ilə şərikli yaratmışdı. İrad Hacıyev isə 2018-ci ildə 40 yaşında müəmmalı şəkildə dünyasını dəyişib. Şirkətin direktoru Bəşir Cəbrayılovdur.