2027-ci ildə Azərbaycanda xalis birbaşa dövlət borclanmasının 1 637,7 milyon manat olacağı gözlənilir.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 69,6% çoxdur.
Gələn il dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 2 200 milyon manat olacağı gözlənilir. Bu isə bu ilə nisbətən 10,5% azdır.
Beləliklə, dövlət borcu 2026-cı ilin yekununda 26 953,2 milyon manat, 2027-cı ilin yekununda isə 28 590,9 milyon manat təşkil etməlidir.