“Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 100 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% çoxdur.
Bu il iyulun əvvəlinə “Finans Kredit”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 9,7% çox – 3,4 milyon manat, o cümlədən kredit portfeli 11,4% çox – 3,1 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 2,1 milyon manat (8,8% çox), balans kapitalı isə 1,3 milyon manat (10,5% çox), o cümlədən nizamnamə kapitalı 1,1 milyon manat (23,8% çox) olub.