Bu ilin avqust ayında Azərbaycanda problemli kreditlər 4 aylıq fasilədən sonra yenidən azalıb.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, sentyabrın 1-nı vaxtı keçmiş kreditlər avqustun 1-nə nisbətən 1,2 milyon manat az – 721,8 milyon manat təşkil edib.
Problemli kreditlərin ümumi kredit qoyuluşunda xüsusi çəkisi isə dəyişməyərək 2,1% qalıb.