“Bank VTB Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank bununla bağlı Şirvan Şəhər Məhkəməsinə müraciət edib.
İddia tələbinə əsasən cavabdehdən banka borclu olduğu 1609 manat məbləğində əsas borc, 121 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1730 manat pul məbləğinin və ödənilmiş 37 manat dövlət rüsumunun tutularaq, “Bank VTB Azərbaycan” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilib.
Məhkəmə iddia tələbini təmin edib.