SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 18 bankın problemli kreditləri artıb

Azərbaycanda 18 bankın problemli kreditləri artıb

  • 24 aprel 2026, 09:08

Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin vaxtı keçmiş kreditləri 75 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (345,4 milyon manat), “Kapital Bank” (177,9 milyon manat), “Ziraat Bank Azərbaycan” (128,1 milyon manat), “PAŞA Bank” (90,6 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (77,9 milyon manat).

Qalan 16 bankdan 13-də problemli kreditlər 10-75 milyon manat, 3 bankda isə 0-10 milyon manat arasında olub.

Son 1 ildə 21 bankdan 3-nün vaxtı keçmiş kreditləri azalıb. Bunlar, “AFB Bank” və “PAŞA Bank” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Azalma müvafiq olaraq 9%, 11,1% və 40,1% təşkil edib.

18 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (2,3 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (3,2%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları