SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə “İrşad Electronics”dən telefon və qulaqcıq alan şəxs məhkəməyə düşdü

Şəmkirdə “İrşad Electronics”dən telefon və qulaqcıq alan şəxs məhkəməyə düşdü

  • 08 aprel 2026, 10:22
Şəmkir

“İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, həmin şəxs “İrşad Electronics”dən 200 manata “JBL” markalı qulaqcıq, 517 manata da “Honor” telefonu kreditə alıb.

Qismən ödəniş edib, qalan borcu ödəməkdən boyun qaçıran müştərinin iki müqavilə üzrə ödənilməmiş cəmi 397,3 manat əsas borcu qalsa da gecikdirilən aylıq borc üzrə gündəlik 1 faiz dərəcəsi ilə dəbbə pulu hesablanıb.

Şirkətin iddiasına görə müştərisi alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 128,6 manat məbləğində pulun, digər alqı–satqı müqaviləsinə əsasən 328,2 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edib.

Şəmkir Rayon Məhkəməsi pulun “İrşad Electronics”in xeyrinə ödənilməsi haqda qətnamə çıxarıb.

Qeyd edək ki, “İrşad Electronics”in direktoru Aris Şıxəliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları