SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“İrşad-Electronics” bu dəfə Şəkidən olan müştərisi ilə MƏHKƏMƏDƏ

“İrşad-Electronics” bu dəfə Şəkidən olan müştərisi ilə MƏHKƏMƏDƏ

  • 13 aprel 2026, 09:42
Şəki

“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Şəki Rayon Məhkəməsinə müraciət edən şirkət alqı-satqı müqaviləsi üzrə 121.4 manat əsas, 18.2 manat cərimə olmaqla, ümumilikdə 139.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edib.

Belə ki, müştərisi “İrşad-Electronics”dən bir müddət əvvəl hər ay 18 manat ödəmək şərti ilə 18 ay müddətinə mobil telefon alıb, lakin bir neçə aydan sonra borcu ödəməkdən yayınıb.

Şəki Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilib və 140 manat ödənilməsi barədə qətnamə çıxarıb.

Qeyd edək ki, “İrşad-Electronics” Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, müştərisini məhkəməyə vermişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları