SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“İrşad-Electronics” Sabirabaddakı müştəriləri ilə MƏHKƏMƏDƏ

“İrşad-Electronics” Sabirabaddakı müştəriləri ilə MƏHKƏMƏDƏ

  • 02 iyul 2026, 09:18
Sabirabad

“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir sıra müştərisinə qarşı Sabirabad Rayon Məhkəməsində iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət “ASUS” markalı noutbuk və üç ədəd aksesuarı 18 aylıq ilkin ödənişsiz aylıq ödəniş 87 manat olmaqla, toplam 1560 manata satıb. Lakin 2 il sonra müştərinin 763 manat əsas və 115 manat cərimə olmaqla, cəmi 878 manat borc yazılıb. 

Məhkəmə iddia tələbini qismən təmin edib. 

Cavabdehdən 763 manat əsas və 67 manat cərimə olmaqla, cəmi 830 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb. 

Bundan başqa, “İrşad-Electronics” daha bir müştərisinə qarşı Sabirabad Rayon Məhkəməsində iddia qaldırıb. 

Şirkət “TAUBE” markalı kondisioner və qazan dəstini 24 ay, aylıq ödəniş 65 manat olmaqla, toplam 1540 manata kreditə satıb. Bu müqaviləyə görə də cavabdehin 495 manat əsas və 74 manat cərimə olmaqla, cəmi 569 manat borcu yaranıb.

Məhkəmə iddia tələbini qismən təmin edib, cavabdehdən müqavilə üzrə 495 manat əsas və 49 manat cərimə olmaqla, cəmi 544 manat və ödənilmiş 29 manat məbləğində dövlət rüsumu tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb. 

“İrşad-Electronics” həmçinin daha bir müştərisini eyni məhkəməyə verib. Belə ki, “HONOR” markalı mobil telefon və “SEM” markalı doğrayıcını kreditlə sataraq aylıq ödəniş 35 manat olmaqla, toplam məbləğ 625 manat müəyyənləşdirilib. Müştərinin müqavilə üzrə 111 manat əsas və 17 manat cərimə olmaqla, cəmi 128 manat borcu yaranıb.

Məhkəmə iddia tələbini qismən təmin edib, cavabdehdən 111 manat əsas və 11 manat cərimə olmaqla, cəmi 122 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, ŞəkiŞəmkir rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları