SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Xankəndi şəhər stadionu işğal dövründə və indi: FOTO-MÜQAYİSƏ

Xankəndi şəhər stadionu işğal dövründə və indi: FOTO-MÜQAYİSƏ

Xankəndi

Xankəndi artıq böyük futbolun bir parçasıdır. Ötən gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.

Yurd.Media "FOTO-MÜQAYİSƏ" layihəsi çərçivəsində bu dəfə Xankəndi şəhər stadionunun işğal dövründəki və azadlığa qovuşandan sonra olan görüntülərini  xüsusi slayder vasitəsilə təqdim edir.

Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Nəhayət, bu il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Stadion UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub, ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb. Stadionun ümumi tamaşaçı yerlərinin sayı 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Bu layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı baxımından mühüm rol oynamaqla Azərbaycanda idmana və gənc nəslin sağlam yetişməsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. 

Yenidənqurmadan sonra ilk rəsmi oyun I Liqa çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları arasında keçirilib. Qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi matçda əvvəldən axıra kimi bayram ab-havası hiss olunurdu.

Müasir futbol meydançası, atletika zolaqları və yenilənmiş infrastrukturu ilə Xankəndi şəhər stadionu Qarabağın idman həyatında yenidən mühüm mərkəzə çevrilib.

"FOTO-MÜQAYİSƏ" layihəsi çərçivəsində daha əvvəl Yurd.Media-da dərc olunan materialı təqdim edirik:

- Xəzərin sahili bir il fərqlə: FOTO-MÜQAYİSƏ

Skat.az - Ev və Avtomobil elanları