Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “55 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 499,2 min manata çatıb.
Qeyd edək ki, Gəncə şəhərində qeydiyyatda olan “55 №-li Yol İstismarı” MMC 2004-cü ildən fəaliyyət göstərir. Müəssisənin nizamnamə kapitalı 493,6 min manatdır. Direktoru Firdovsi Qafarovdur.
“55 №-li Yol İstismarı” MMC ilə yanaşı, AAYDA-nın tabeliyində olan digər yol istismarı müəssisələrinin də dövlətə böyük məbləğdə vergi borcu yığılıb.