SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məşhur hotelçilik şirkətinə yeni marketinq direktoru təyin olundu

Məşhur hotelçilik şirkətinə yeni marketinq direktoru təyin olundu

  • 18 noyabr 2026, 19:43

Azərbaycanda restoran, hotel və digər bu tipli müəssisələrin idarəçisi olan “TABIA Group” şirkətlər qrupunda yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Cavid Musayev “TABIA Group” şirkətlər qrupunda marketinq direktoru vəzifəsinə təyin olunub.

O, yeni vəzifəsində qrupun marketinq strategiyasına rəhbərlik edəcək, brendlərin inkişafı, müştəri təcrübəsinin təkmilləşdirilməsi və biznesin uzunmüddətli böyüməsi istiqamətində fəaliyyət göstərəcək.

Cavid Musayev bundan əvvəl “Avrora Group”da Qida və qənnadı biznesi departamentinin marketinq rəhbəri olub, daha əvvəllər isə “Agrodairy Group”da marketinq departamentinin rəhbəri, “Milla Dairy” şirkətində marketinq direktoru, “AZMADE Group”da qrup marketinqinin rəhbəri, “Azerbaijan Poultry Company”də marketinq departamentinin rəhbəri, “LU-MUN Holding”də qrup marketinqinin rəhbəri vəzifələrində çalışıb.

Cavid MusayevCavid Musayev

Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır.

“TABIA Group” MMC– hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir.

“TABIA Group” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var.

Bundan əvvəl Oruc Eyvazov şirkətdə Risklərin idarə edilməsi və daxili nəzarət üzrə direktor vəzifəsinə, Ramilə Quliyeva isə Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyinat olublar.

Skat.az - Ev və Avtomobil elanları