SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
DGK-nin sabiq vəzifəli şəxsinin rəhbərlik etdiyi şirkət bağlandı - FOTO

DGK-nin sabiq vəzifəli şəxsinin rəhbərlik etdiyi şirkət bağlandı - FOTO

  • 20 noyabr 2026, 14:34

"DELKO" MMC-nin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edib. 

Yurd.Media bu barədə şirkətdən məlumat əldə edib.

Qeyd edək ki, Filial 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Rusiya və MDB məkanında iritonnajlı yükdaşımalar və logistika sahəsində fəaliyyət göstərən iri nəqliyyat şirkətidir.

Qanuni təmsilçisi Fətəliyev Səttar Akif oğludur. 

Xatırladaq ki, gömrük xidməti polkovniki Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi vəzifəsində çalışıb və 2022-ci ildə vəzifəsindən azad olunub. O, məşhur vokal ifaçısı, müğənni Lətifə Soyuözün qardaşıdır.

Skat.az - Ev və Avtomobil elanları