SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
İrşad-Electronics”dən “Samsung” telefonu alan qadın MƏHKƏMƏDƏ

"İrşad-Electronics”dən “Samsung” telefonu alan qadın MƏHKƏMƏDƏ

  • 20 may 2026, 10:27
Ağdam

“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət edərək müştərisi Xatirə Quliyevadan 1358 manat əsas, 204 manat cərimə olmaqla cəmi 1562 manat borc və 36 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Belə ki, “İrşad-Electronics” müştərisinə 2053 manata “Samsung S921” markalı telefon kreditə verib, borclu qadın isə qalan 1358 manat borcunu ödəməyib.

Məhkəmə şirkətin tələbindən 204 manat cəriməni 10 manata salaraq iddianı təmin edib. İddianın cərimə borcu tələbinin qalan 194 manat hissəsi rədd edilib.

Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl ŞəkiŞəmkir rayon məhkəmələrində, həmçinin Bakının Nizami Rayon Məhkəməsində müştərilərinə qarşı iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları