SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Məhkəmə “İrşad Electronics”in müştərilərinə yazdığı cərimələri 10 dəfə azaltdı

Məhkəmə “İrşad Electronics”in müştərilərinə yazdığı cərimələri 10 dəfə azaltdı

  • 05 iyun 2026, 10:07
İmişli

“İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərilərini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət İmişli Rayon Məhkəməsinə müraciət edərək Quliyeva Mehparə İznulla qızından 189 manat əsas, 28 manat cərimə borcu, cəmi 217 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb edir. 

Həmin borc “İrşad Electronics”in xanım müştərisinə 467 manata satdığı məişət avadanlığına görə qalıb.

Məhkəmə iddia tələbini təmin edib. 

Bundan başqa, “İrşad Electronics” həmin məhkəmədə daha bir müştərisinə qarşı iddia qaldıraraq 1290 manat əsas, 387 manat cərimə olmaqla cəmi 1677 manat borc, digər alqı-satqı müqaviləsi üzrə 1290 manat əsas, 387 manat cərimə olmaqla cəmi 1677 manat borc, ümumilikdə iki müqavilə üzrə 2580 manat əsas, 774 manat cərimə, 3354 manat cəmi borcun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

İddia tələbi qismən təmin edilib. Belə ki, cavabdehdən hər iki müqavilə üzrə 39 manat cərimə borcu (tələb olunandan 10 dəfə az) ödəmək tələbi qoyulub. 

Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl Ağdam, ŞəkiŞəmkir rayon məhkəmələrində, həmçinin Bakının Nizami Rayon Məhkəməsində müştərilərinə qarşı iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları