"Suraxanı Oil" əməliyyat şirkətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ramil Bağırzadə şirkətdə Neft yatağı rəisinin müavini vəzifəsinə təyin olunub.
O, 2022-ci ildən şirkətdə çalışır və əvvəllər mühəndis və geologiya mühəndisi vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, "Suraxanı Oil" əməliyyat şirkəti Azərbaycan ərazisində qurudan neft çıxaran və Bakı şəhərində yerləşən müəssisədir. Şirkət Suraxanı və Qaraçuxur yataqlarının işlənməsi və bərpası ilə məşğuldur.