SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə “PAK-QİDA” ilə bağlı qərar verdi

Məhkəmə “PAK-QİDA” ilə bağlı qərar verdi

  • 23 oktyabr 2026, 17:19

Azərbaycanda qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “PAK-QİDA” Məhdud Məsuliyyətli Cəmiyyət "MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “PAK-QİDA” MMC 3 860 000 Rusiya rublu (81 min manat) məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürüb.

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, valyuta vəsaitini geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “PAK-QİDA” MMC inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.

Skat.az - Ev və Avtomobil elanları