Azərbaycanda iki rayonun polis şöbəsi üçün yeni bina tikiləcək.
Yurd.Media xəbər verir ki, bu Şuşa və Ağdam rayonları üzrə polis şöbələrinin inzibati binalarıdır.
Belə ki, Şuşa Rayon Polis Şöbəsinin inzibati binasının tikintisinə 8,8 milyon manat, Ağdam Rayon Polis Şöbəsinin inzibati binasının tikintisinə isə 9,4 milyon manat vəsait sərf ediləcəyi proqnozlaşdırılıb.