İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) departamentinin direktoru çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kamran Şabanov AZPROMO-da Protokol xidmətləri departamentinin direktoru vəzifəsindən ayrılıb.
O, 2022-ci ilin noyabrından bu ilin oktyabrınadək bu vəzifədə çalışıb.
Kamran Şabanov bundan əvvəl, 2018-ci ilin aprelindən 2022-ci ilin noyabrınadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baş protokol əməkdaşı vəzifəsini tutub. O, 2015-ci ilin dekabrından 2018-ci ilin mayınadək həmin qurumda protokol əməkdaşı, 2013-cü ilin avqustundan 2015-ci ilin dekabrınadək isə vergilər nazirinin müşavirinin köməkçisi olub.
Bundan əlavə, Kamran Şabanov 2013-cü ilin martından iyun ayınadək SOCAR-ın Rumıniyadakı strukturunda insan resursları sahəsində təcrübə keçib.
Kamran Şabanov